EN

Con Lennonun qatili 14-cü dəfə şərti azadlığa buraxılmaqdan imtina aldı

Ajans.az xəbər verir ki,Nyu-York Ştatının Şərti Azadlığa Buraxılma Şurası bu tələbi növbəti dəfə rədd edib. 70 yaşlı Çapman avqustun 27-də Şuraya çıxarılıb. Nyu-Yorkun İslah Departamenti qərarı ictimaiyyətə açıqlayıb. Xatırladaq ki, Mark Devid Çapman 1980-ci il dekabrın 8-də Nyu-Yorkda, Dakota binasının qarşısında Lennonun həyatına son qoyub. Həmin gün Lennon həyat yoldaşı Yoko Ono ilə birgə evinə qayıdırdı. Qətli törətməzdən bir qədər əvvəl isə Lennon Çapmana yeni çıxan “Double Fantasy” albomunun nüsxəsini imzalamışdı.

Hadisə yerində saxlanılan zaman Çapmanın üzərində J.D. Selincerin “Çovdarda uçurumdan qoruyan” (ing. The Catcher in the Rye) adlı məşhur romanı tapılmışdı.

Chosen
50
Ajans.az

1Sources