
Almaniya federal polisi uzunmüddÉ™tli istintaq nÉ™ticÉ™sindÉ™ Vuppertal ÅŸÉ™hÉ™rindÉ™ 40 yaÅŸlı AzÉ™rbaycan vÉ™tÉ™ndaşını saxlayıb.Â
Olaylar.az xəbər verir ki, o, insan qaçaqçılığı ilə məşğul olan təşkilatlanmış cinayət qrupuna rəhbərlik edirdi və ən azı 87 miqrantı ölkəyə qanunsuz gətirib.
Alman mediasının məlumatına görə, şəbəkənin izi Çex polisi tərəfindən verilmiş məlumat sayəsində tapılıb. 2024-cü ilin yayında Çexiyanın Almaniya sərhədində, Saksoniya ərazisində, karavanda 10-dan çox qanunsuz miqrant saxlanılıb. Araşdırma göstərib ki, bu yolla Almaniyaya ən azı altı səyahət həyata keçirilib. Federal polis şəbəkənin gətirdiyi 87 miqrantın şəxsiyyətini müəyyən edib.
Karavanın sürücüsü dərhal həbs edilsə də, şəbəkənin başçısının kimliyi aylarla müəyyənləşdirilməyib. Polis onun Azərbaycan vətəndaşı olduğunu və Almaniyada karavan icarəyə götürdüyünü aşkar edib.
Çərşənbə günü insan qaçaqçısı hakim qarşısına çıxıb. Tezliklə ona, insan həyatı üçün təhlükəli şəraitdə və kommersiya məqsədilə qaçaqçılıq etməkdə ittiham irəli sürüləcək.