EN

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Vəkil Qayıbov dəfn edildi - FOTO

BAKI, 12 sentyabr. TELEQRAF

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kəndindəki qəbiristanlıqda dəfn olunub.

Teleqraf xəbər verir ki, əvvəlcə şəhidin ata yurdunda vida mərasimi keçirilib.

Cənazə namazı qılınıb, dualar oxunub. Sonra İtkin şəhid torpağa tapşırılıb. Dəfn zamanı Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, qazilər, kənd sakinləri, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Chosen
29
5
teleqraf.com

9Sources