EN

Çarli Kirkin qatili necə gizlənib? | VİDEO

AzVision.az xəbər verir ki, yayımlanan video-materiallardaqatilin təxminən 3,5 metr hündürlükdən damdan tullanaraq naməlum istiqamətə doğru axsaya-axsaya qaçdığı görünür.

Trampın silahdaşı öldürülüb | VİDEO
Xatrıladaq ki, sağçı fəal Yuta vadisindəkiUniversitetdə çıxışı zamanı güllələnib. O, boynundan güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir qədər sonra ABŞ prezidenti Donald Tramp Kirkin ölümünü elan edərək dövlət bayraqlarının yarıya qədər endirilməsi barədə əmr verib.

ABŞ-nin Federal Təhlükəsizlik Bürosunun rəhbəri Keş Patel əvvəlcə qətldə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlasa da, sonradan bu xəbər təkzib edilib.

Maraqlıdır ki, Donald Trampın silahdaşının qətli ilə bağlıABŞ-nin Nümayəndələr Palatasında keçirilən müzakirələrdə ehtiraslar coşub. Respublikaçı və demokrat konqresmenlər bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndiriblər.



Sahil İsgəndərov
AzVision.az
Chosen
28
1
azvision.az

2Sources