Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin tutduğu vəzifədən azad edildiyi iddia olunur.Bizim.Media-ya daxil olan məlumata görə, Mansur Piriyev artıq şöbə müdiri deyil və o, hazırda qurumda sıravi mütəxəssis kimi fəaliyyətini davam etdirir.Məsələ ilə bağlı Mansur Piriyev Bizim.Media-ya açıqlamasında yayılan məlumatı təkzib edib. Onun sözlərinə görə, hazırda əvvəlki vəzifəsində fəaliyyətini davam etdirir. Qeyd edək ki, məsələ ilə bağlı AQTA-dan rəsmi açıqlama verilməyib.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.