EN

Bakıda “2025 Azərbaycan K-POP Festivalı” keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün Musiqi Akademiyasının binasında Koreya Respublikasının ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə “2025 Azərbaycan K-POP Festivalı” keçirilib.

Hafta.az-ın yazdığına görə, 600-dən çox K-POP pərəstişkarının iştirak etdiyi festival böyük coşqu ilə keçirilib. Bu, Azərbaycan gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib.

Bu il festival üçün ümumilikdə 24 komanda müraciət edib, onlardan yalnız seçmə turunu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb.

İştirakçılar səhnədə hazırladıqları K-POP rəqslərini böyük həvəslə təqdim edib, tamaşaçılar isə onları gurultulu alqışla qarşılayıb. Nəticədə yarışmanın əsas qalibi Liga De Javu, ikinci yerin sahibi Grifon Teens olub.

Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu çıxışında festivala qatılan bütün komandaları təbrik edərək, K-POP-un artıq sadəcə musiqi janrı olmaqdan çıxaraq bütün dünyanın sevdiyi qlobal mədəniyyət hadisəsinə çevrildiyini vurğulayıb.

Diplomat, həmçinin qeyd edib ki, Azərbaycanın gənc nəslinin şövq və yaradıcılığı Koreya və Azərbaycanı daha da yaxınlaşdırıb, iki ölkəni daha geniş dünyaya bağlayan bir körpü rolunu oynayıb.

Chosen
9
1
hafta.az

2Sources