EN

Naxçıvanda qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müaviniBalarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti NaxçıvanMuxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovla görüşkeçirib.
Görüş zamanı Naxçıvanda biotəhlükəsizliyin qorunması, o cümlədənheyvan xəstəliklərindən azad zonaların yaradılması və heyvanmənşəli məhsulların ixrac imkanlarının genişləndirilməsi imkanlarımüzakirə olunub. Qeyd olunub ki, dabaq xəstəliyi üzrə ilkinmərhələdə peyvəndləmə ilə azad statusun əldə olunması məqsədiləepizootoloji, diaqnostik, logistik və digər tədbirlərin həyatakeçirilməsi planlaşdırılır. Bu istiqamətdə Ümumdünya HeyvanSağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Heyvanxəstəliklərindən azad statusun alınması, həmçinin heyvan mənşəliməhsulların ixracı və tranzit daşınmalarına mühüm töhfəverəcək.
Görüş zamanı heyvanların identifikasiyası, seroloji monitorinqlərinaparılması, vaksinasiya, idxal-karantin məntəqələrinin,laboratoriyaların yaradılması və digər məsələlər də müzakirəolunub.
Səfər çərçivəsində Naxçıvan ərazisində, xüsusilə MuxtarRespublikanın gələcəkdə tranzit potensialını nəzərə alaraq, qidatəhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiqstrukturun qurulması imkanları yerində dəyərləndirilib.

Chosen
7
5
az.trend.az

6Sources