EN

Bir yaşlı övladını öldürən ana saxlanıldı

Neftçalada 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini – 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İkinci Qaralı kəndində baş verib.

Belə ki, bu iddianı qadının həyat yoldaşı irəli sürüb.

Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib.

Məlumata görə, Ş.Dövlətova artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, cütlük 3 ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş.

Əlavə edək ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.

Chosen
10
7
konkret.az

10Sources