EN

Londonda elektrik velosipedləri ilə bağlı qəzalar artır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

London, 12 sentyabr, AZƏRTAC

London xəstəxanasında 6 ayda 150 e-velosiped xəsarəti qeydə alınıb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, cərrahlar elektrik velosipedləri (e-bike) ilə bağlı qəzaların xəstəxanalarda böyük yük yaratdığı barədə xəbərdarlıq ediblər. Londonun Uaytçepel bölgəsində yerləşən “Royal London Hospital”ın travmatologiya şöbəsinin məlumatına görə, son 6 ayda 150 nəfər e-velosiped qəzaları nəticəsində xəstəxanaya yerləşdirilib.

Cərrahların sözlərinə görə, e-velosipedlər normal velosipedlərdən daha ağırdır və qəza zamanı yıxılma sürəti yüksək olduğu üçün sınıqlar daha ağır olur.

Qeyd edək ki, elektrik velosipedləri Londonda sürətlə populyarlaşır. Xüsusilə Londonda bu həftə metro işçilərinin tətili səbəbindən sakinlər alternativ nəqliyyata üstünlük verib və e-velosipeddən istifadə iki dəfədən çox artıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
azertag.az

3Sources