EN

Ayan Nadir Qafarzadə ilə bağlı söz-söhbətə son qoydu

"Mənə görə Selenanı tanıdılar. Amma Selenadan sonra məni çox sevən oldu. Allaha təşəkkür edirəm ki, mənə Selenanı bəxş etdi. Mənə güc verir, ondan sonra daha iradəli oldum. Beyin olaraq sağlam düşünməyə başladım. O varsa heç kimə ziyan vermədən rahat yaşamalıyıq".

Yenilik.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan babakişiyeva "Günə uğurla" verilişində deyib. Sənətçi qızı Selenadan danışaraq, ona həsr etdiyi yeni mahnısını təqdim edib.

Ayan müğənni Nadir Qafarzadənin oğlu Əzizin toyu getməmə səbəbini açıqlayıb:

"Nadirin övladının toyu oldu, məni dəvət etmişdi. Toyda o qədər gözəl Xalq artistləri var idi ki... O qədər gözəl toy keçdi ki... Onu bir kənara qoyub, mövzunu mənə yönəltdilər. Hər kəsin həyatında qayğısı, problemi olur. Həmin gün övladımın ilk dərs günü idi. Çox ağır gün idi. Gedə bilmədim və getmədim. Deməli bir problem var idi ki, getmədim. Yazırlar ki, həyat yoldaşı qoymadı. Bu, nə anlamdır? Heç kim heç kimə qadağa qoya bilməz".

Chosen
13
2
yenilik.az

3Sources