EN

Hollandiya: İsrail iştirak edərsə, Eurovision 2026 Mahnı Müsabiqəsinə qatılmayacağıq

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hollandiya, İsrailin 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində iştirakına icazə veriləcəyi təqdirdə, bu yarışmada yer almayacağını bəyan edib.

Bizimyol.info xəbər verir ki, Hollandiya dövlət yayımçısı "Eurovision" tərəfindən yayımlanan açıqlamada, Qəzzada davam edən ciddi humanitar fəlakət səbəbilə İsrailin hazırkı şəraitdə müsabiqəyə qatılmasını dəstəkləməyin mümkün olmadığı vurğulanıb.

Açıqlamada qeyd olunub ki, əgər İsrailin iştirakına icazə verilərsə, Hollandiya da Sloveniya, İspaniya, İslandiya və İrlandiya kimi 2026-cı il yarışmasında iştirak etməyəcək.

"Eurovision"un bəyanatında həmçinin bildirilir ki, bu il keçirilən müsabiqədə İsrail hökumətinin müdaxiləsi sübuta yetirilib və bu müdaxilənin "Eurovision"un qeyri-siyasi prinsiplərinə zidd olduğu xüsusi olaraq qeyd olunub.

Bəyanatda əlavə olaraq vurğulanıb ki, "beynəlxalq müstəqil jurnalistikanın bilərəkdən məhdudlaşdırılması və çox sayda jurnalistin həyatını itirməsi" fonunda mətbuat azadlığının ciddi şəkildə pozulması ilə bağlı dərin narahatlıq mövcuddur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
icma.az

1Sources