EN

"Kirkin qətlində şübhəli bilinən şəxs tutuldu" - Tramp

ABŞ prezidenti Donald Tramp, mühafizəkar fəal Çarli Kirkin öldürülməsi ilə bağlı şübhəli bilinən şəxsin tutularaq nəzarətə alındığını açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Tramp, bu barədə Fox News kanalında canlı yayımda məlumat verib.

Prezident bildirib ki, "Çox güman ki, Kirki öldürən şəxs nəzarətə götürülüb. Hər kəs əla iş gördü" deyərək, hadisəyə müdaxilə edən hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.

Bundan əlavə, Tramp, atəş açan şəxsə qarşı ölüm cəzasının tətbiq edilməsini də müdafiə edib. "Belə şəxslərə ölüm cəzası verilməlidir", – deyə o vurğulayıb.

Hadisə ilə bağlı daha ətraflı araşdırmalar davam edir, silahın üzərindəki izlər isə təhlil edilir.

Chosen
3
manset.az

1Sources