EN

İrəvanda etirazlar başladı:  Sərdar Kılıca görə…

“Rədd etməyə yox deyək”: Türkiyə xüsusi nümayəndəsi Sərdar Kılıc və onun rəhbərlik etdiyi nümayəndə heyyətinin Ermənistana bugünkü səfərindən sonra İrəvanda etiraz mitinqi keçirilib.

Təşəbbüskarlar – “Daşnaksütyun” partiyasının gənclər qanadının azsaylı nümayəndələri İrəvandakı Hökümət evinin qabağına yığışaraq, ölkə rəhbərliyinin sülh və münasibətlərin normallaşdırılması kursunu qüsurlu və antimilli hesab edirlər.

Onlar xatırladırlar ki, Türkiyə Osmanlı İmperiyasında “erməni soyqırımını” inkar etməkdə davam edir, Ankara da Dağlıq Qarabağa təcavüzdə şərikdir.

İştirakçılar bildirirlər ki, Türkiyə hakimiyyəti ilkin şərt olmadan Ermənistanla sərhədi açmağa hazır deyil.

Chosen
8
veteninfo.az

1Sources