Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son reytinq siyahısında Azərbaycan təmsilçilərinin dünya və Avropa sıralamasındakı yerləri bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, dünya reytinqində 154,75 xalla 96-cı pillədə qərarlaşan "Qarabağ", Avropa klubları arasında 64-cü sırada yer alaraq ölkəmizin ən yüksək göstəriciyə sahib komandası olub.
İkinci yerdə qərarlaşan "Sabah" klubu isə 79,25 xalla dünya üzrə 302-ci, Avropa üzrə isə 175-ci yerdə qərarlaşıb.
Digər təmsilçilərdən "Araz-Naxçıvan" 70,25 xalla dünya reytinqində 355-ci, Avropada isə 206-cı pillədə yer alıb. "Zirə" isə 68 xalla müvafiq olaraq dünya üzrə 380-ci, Avropa üzrə 224-cü sırada qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 506 klubun yer aldığı bu siyahıya 543 xalla Fransa nəhəngi Paris Saint-Germain (PSJ) başçılıq edir.