EN

Polşa, Latviya və Litva bu dəvəti rədd etdilər

Polşa, Latviya və Litva Belarusun Zapad-2025 təlimlərini müşahidə etmək dəvətini qəbul etməyib.

NOCOMMENT.az bildirir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

“Təəssüf ki, bizim təlimlərin gedişatını müşahidə etmək dəvətimiz nə Polşa, nə Litva, nə də Latviya tərəfləri tərəfindən qəbul edilmədi”, – Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirir.

Volfoviç təlimlərin sırf müdafiə xarakteri daşıdığını vurğulayıb. “Təlim üçün qarşıya qoyulan məqsədlər, ilk növbədə, İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərin işlənib hazırlanmasıdır. Təlim Qərb qonşularımız və Qərb tərəfdaşlarımız üçün heç bir təhlükə yaratmır”, – o deyib.

Volfoviç izah edib ki, “bu gün Polşa rəhbərliyi, Baltikyanı ölkələrin rəhbərliyi yaxşı bilir və bilirlər ki, bu, təlimdir və Belarus Respublikası ərazisində edilən hər şey onlar üçün heç bir təhlükə yaratmır”. “Bu gün burada poliqonda baş verən hadisələr, ilk növbədə, hər hansı hərbi fəallığın artırılmasına deyil, öz milli maraqlarını, ərazilərini müdafiə etməyə hazır olmaq məsələlərinin işlənib hazırlanmasına yönəlib”, – Təhlükəsizlik Şurasının dövlət katibi vurğulayıb.

Onun sözlərinə görə, respublika “qoşunların sayının artırılmasına, böyük miqdarda silah və hərbi texnikanın alınmasına pul yatırılmasına deyil, hərbi kadrların hazırlanmasının keyfiyyətinə” diqqət yetirir.
“Zapad-2025” təlimləri sentyabrın 12-si cümə günü gecə başlayıb və sentyabrın 16-dək davam edəcək.Polşa buna görə Belarusla sərhədini bağlayıb.
Chosen
22
nocomment.az

1Sources