EN

Qazaxıstan və Özbəkistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstan və Özbəkistandan olan 16 aparıcı turizm şirkəti nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Azərbaycanın sağlamlıq turizm imkanlarını nümayiş etdirmək və ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələri gücləndirməkdir.

Səfər zamanı iştirakçılar Lənkəran, Gəncə və Naftalan bölgələrini ziyarət edərək, sağlamlıq turizm imkanları barədə məlumatlandırılıblar.

Tanışlıq səfəri çərçivəsində yeni biznes tərəfdaşlıqları qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 50-yə yaxın yerli turizm sənayesi nümayəndəsinin Qazaxıstan və Özbəkistan turizm şirkətləri ilə B2B görüşü keçirilib.

Chosen
13
5
azertag.az

6Sources