Cari ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzini 94 nəfər tələbə bitirib və onlardan göstəriciləri yüksək olan 6 nəfər imtahansız olaraq ölkənin nüfuzlu universitetlərində təhsil almaq şansı qazanıblar.
Eyni zamanda, hər il olduğu kimi Peşə Təhsil Mərkəzi tərəfindən məzunlarının iş tapmalarına yaxından dəstək göstərilir. Belə ki, bu il Mərkəzi uğurla başa vuran məzunların 68 faizdən çoxu (64 nəfər tələbə) müxtəlif sahələrdə işlə təmin ediliblər.
Qeyd edək ki, Peşə Təhsil Mərkəzi Sumqayıt Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər.