EN

Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Bu barədə 90deqiqe.Az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib. 

Nazir Fərid Qayıbov İsrailin fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszu qəbul edib.

Səfiri salamlayan nazir onu ölkəmizdəki diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan və İsrail arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Chosen
26
1
90deqiqe.az

3Sources