Şəkinin Vərəzət kəndində 21 yaşlı qadını avtomobil vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd yolunda piyada hərəkət edən 2004-cü il təvəllüdlü Şahnaz Kərimovanı "VAZ-21010" markalı avtomobil vurub.
Nəticədə xəsarət alan Ş.Kərimova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu