EN

BDU-da “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalavriat və magistratura səviyyələrinin tələbələri üçün “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu barədə qərar Elmi şuranın 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul edilib.

Təqaüdün Kimya fakültəsinin bakalavriat və magistratura təhsil səviyyələrinin I kursunu bitirmiş və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən yüksək olan 2 tələbəsinə (1 bakalavr və 1 magistrant ) verilməsi nəzərdə tutulur.

Chosen
6
5
azertag.az

7Sources