EN

Sahil Babayev 450 milyon manatı banka qoydu

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Nazirlikdən "Unikal"a bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 450 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7 faiz ortaçəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
27
unikal.az

10Sources