EN

Paytaxtda skuter sürənlərin NƏZƏRİNƏ

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlərdə Bakıda elektrik skuterlərinə maraq artıb.

Milli.Az xəbər verir ki, bu nəqliyyat vasitələrinin iştirak etdiyi yol-nəqliyyat hadisələrinin də çoxaldığı müşahidə olunur. Əksər hallarda bu tip qəzalar mikromobillik üçün xüsusi hərəkət zolaqlarının olmadığı yerlərdə baş verir.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu qəzaların qarşısını almağın əsas yollarından biri şəhərdə mikromobillik zolaqlarının genişləndirilməsidir.

Onun sözlərinə görə, şəhər küçələrində fərqli nəqliyyat istifadəçilərinin piyadaların, skuterlə və ya digər yüngül elektrik vasitələri ilə hərəkət edənlərin, eləcə də ictimai nəqliyyatdan istifadə edənlərin rahat və təhlükəsiz hərəkəti üçün ayrıca, davamlı yollar mövcud olmalıdır:

"Bu hərəkət axınları bir-biri ilə qarışmamalı, keçidlər isə təhlükəsiz və rahat şəkildə təşkil olunmalıdır," - deyə ekspert qeyd edib.

Baş Dövlət Yol Polisi İdarəsi isə bildirir ki, elektrik skuteri kimi kiçik nəqliyyat vasitələrinin sürücüləri avtomagistrallarda deyil, yalnız ictimai istifadəyə açıq avtomobil yollarının sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Əgər velosiped yolu varsa, həmin nəqliyyat vasitəsi sürücüləri onun yanındakı hissədən istifadə etməməlidir.

Qurum əlavə edib ki, qaydalara əməl etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə oluna bilər.

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
news.milli.az

2Sources