2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyon 659,6 min ton sement istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
"Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 911,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz azalmışdır. Dövr ərzində sementin istehsalı 2,3 faiz, betonun istehsalı 8,2 faiz, asfaltın istehsalı 10,3 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 11,3 faiz, əhəngin istehsalı isə 29,9 faiz azalmışdır",- hesabatda bildirilir.
2025-сi ilin yanvar-avqust aylarında armatur istehsalı 12,7 faiz, polad tökmə istehsalı 20,8 faiz, mis məftil istehsalı 91,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 32,5 faiz azalmışdır.