EN

Yeni yaradılan quruma direktor təyin olunub

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata əsasən, bu vəzifə Tuncay Bağırova həvalə edilib.

Qeyd edək ki, Tuncay Bağırov 1993-cü ildə anadan olub. O, 2009-2011-ci illərdə Böyük Britaniyanın “St. Clare’s Oxford” məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heriot-Vatt Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.

Tuncay Bağırov 2015-2017-ci illərdə Böyük Britaniyada müxtəlif şirkətlərdə investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. O, 2020-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Strateji inkişaf və iqtisadi təhlil şöbəsində baş mütəxəssis kimi çalışıb.

Tuncay Bağırov 2022-ci ildən son təyinatadək “Azərkosmos” ASC-də İnnovasiyalar departamentinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, Milli Süni İntellekt Mərkəzi “AZCON Holding”ə daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
7
globalinfo.az

9Sources