EN

Yasamalda küləyin yaratdığı təhlükə aradan qaldırılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə güclü külək nəticəsində paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdan keçənlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
19
azertag.az

10Sources