EN

Səbinə Salmanova Sumqayıtda seçiciləri ilə növbəti görüş keçirib

Milli Məclisin deputatı Səbinə Salmanovanın Sumqayıt şəhərindəki Muğam Mərkəzində seçiciləri ilə növbəti dəfə görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, deputat görüşdən əvvəl Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova ilə bir araya gəlib. Söhbət zamanı birgə həyata keçirilə biləcək layihələr və gələcək əməkdaşlıq imkanları barədə səmimi və faydalı fikir mübadiləsi aparılıb.

Daha sonra millət vəkili vətəndaşları fərdi şəkildə qəbul edib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Qəbula gəlmiş vətəndaşlar əsasən məişət, işlə təminat, torpaq və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı deputat tərəfindən seçicilərin qaldırdığı bir sıra məsələlər yerindəcə həll edilib, bəziləri isə nəzarətə götürülüb.

Səbinə Salmanova qaldırılan məsələlərin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə müvafiq addımların atılacağını seçicilərinin diqqətinə çatdırıb.

Sumqayıtının deputatının bundan əlavə, bir qrup gənclə də ayrıca görüşü baş tutub. Gənclər sosial layihələrdə fəallığın artırılması, idman, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi kimi bir çox aktual məsələlərlə bağlı öz baxışlarını və təkliflərini millət vəkili ilə bölüşüblər. Parlamemtari onların qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müraciət ediləcəyini gənclərə bildirib.

Chosen
10
1
ikisahil.az

2Sources