EN

Biri bitir, biri başlayır... – Mövsümi qriplərdən necə qorunaq?

Payız gəlişi mövsümlə bağlı qayğılarımızı da artırır.  

Xüsusən havaların dəyişkənliyi  immun sisteminə təsir edərək zəifləməsinə səbəb olur. Nəticədə müxtəlif respirator infeksiyalar, soyuqdəymə və virusların yayılması çoxalır, xroniki xəstəliklər kəskinləşir.

Bəs özümüzü bu mövsümi xəstəliklərdən necə qoruyaq?

Bu barədə News24.az saytına açıqlama verən terapevt Etibar Süleymanov da qeyd edib ki,  payız fəslinin başlaması ilə respirator xəstəliklərin, o cümlədən kəskin respirator infeksiyaların, soyuqdəymənin, müxtəlif virus mənşəli xəstəliklərin və mədə-bağırsaq pozuntularının yayılma tezliyi artır: "Bunun əsas səbəbi havaların qeyri-sabit xarakter daşıması və insan orqanizminin termorequlyator mexanizmlərinin bu dəyişikliklərə adaptasiya olunmamasıdır. Fəsillərin dəyişməsi ilə bağlı immun sistemin funksional aktivliyi də zəifləyir ki, bu da virus və bakterial infeksiyalara qarşı həssaslığı yüksəldir".

Terapevtin sözlərinə görə, profilaktik tədbirlər kimi mütəmadi fiziki aktivlik, mövsümə uyğun meyvə-tərəvəz, göyərti və vitaminlərlə zəngin balanslaşdırılmış qidalanma tövsiyə olunur: "Xəstəliklərin yayılmasına əlavə risk faktoru kimi tədris ilinin başlanması ilə insanların qapalı məkanlarda sıx toplanması göstərilir. Bu səbəbdən febril halları olan şəxslərin ictimai yerlərdən kənar qalması, özünüizolyasiya tədbirlərinə riayət etməsi vacibdir. Eyni zamanda qrip, pnevmoniya, qızılca və suçiçəyi kimi yoluxucu xəstəliklərə qarşı peyvəndlərin vaxtında aparılması immun profilaktikanın ən effektiv üsulu hesab olunur".

Xeyrənsə Piriyeva


Chosen
51
1
news24.az

2Sources