EN

Daha bir bağçada qalmaqal: “Mediada əks olunan...”

Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən "Predu" uşaq bağçasının Həzi Aslanov filialında tərbiyəçinin 3 yaşlı uşaqla kobud rəftarı barədə görüntülər yayılıb.

Vətəndaşın yerli mediaya göndərdiyi materialda bildirib ki, aylıq 1 144 manat ödədiyi bağçadan aldığı xidmətdən narazıdır. 

Adının açıqlanmasını istəməyən valideyn, "Söhbət mənim 3 yaşlı övladımdan gedir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?", - deyə bildirib.

Məsələ ilə bağlı “Cebheinfo.az”a “Predu” uşaq bağçasından bildirilib ki, mediada əks olunan qiymət heç bir halda bağçamızın aylığı deyil:

“Hazırda uşaq bağçaya gəlmir və mediada əks olunan qiymət heç bir halda həqiqəti əks etdirmir. Bağçamızın aylıq ödənişi 350 manatdır. Hazırda isə sentyabr ayına görə endirim kampaniyası çərçivəsində qiymət 330 manatdır.

Yəni mediada göstərilən qiymətlər bağçamızın aylıq haqqı deyil. Nevropatoloq nəzarətində olan və dərman qəbul edən uşaq olub. Valideynlər bağçaya başlamazdan əvvəl mövcud problemlər barədə məlumat verməyiblər. Bu barədə lazımi məlumatları vermişik”. 

Chosen
16
2
cebheinfo.az

3Sources