EN

“İnam” verilişinin 10 yaşı tamam olur

Uzun illərdir efir məkanında canlı olaraq “Space” telekanalında yayımlanan Azərbaycanın milli və mənəvi dünyasının aynası olan “İnam” verilişinin 10 yaşı tamam olur. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin müəllifi və aparıcısı olduğu “İnam” verilişi dövlətimizin dini mühitdə apardığı uğurlu tolerant maarifləndirmə işinə dəstəkdir. “İnam” Azərbaycan televiziyasında dini veriliş sahəsində önəmli bir nümunədir. Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. “İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır.

Chosen
17
yenicag.az

1Sources