EN

Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Hafta.az xəbər verir ki, komitə sədri Polad Bülbüloğlu gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

O, əvvəlcə Mədəniyyət komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı müzakirəyə çıxarıb. Ötən dövrdə komitədə görülən işlər barədə məlumat verən Polad Bülbüloğlu qeyd edib ki, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bundan başqa, komitə sədri, komitə sədrinin müavini və komitə üzvləri vətəndaş qəbulları, seçicilərlə görüşlər keçiriblər, onların qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlər görüblər.

Sonra Polad Bülbüloğlu Mədəniyyət komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması, müvafiq mövzular üzrə dinləmələrin təşkil olunması və digər məsələlər nəzərdə tutulub.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədrinin müavini Günay Əfəndiyeva, komitə üzvləri Ülviyyə Həmzəyeva, Tənzilə Rüstəmxanlı, Əlibala Məhərrəmzadə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Onlar müzakirəyə çıxarılan sənədlərə münasibət bildiriblər, mədəniyyət sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini səsləndiriblər.

Sonda komitədə ötən sessiyada görülmüş işlər məqbul hesab edilib, komitənin qarşıdakı payız sessiyası üçün iş planı təsdiqlənib.

Chosen
4
8
hafta.az

10Sources