EN

BƏƏ İsrail şirkətlərinin "Dubai Airshow" sərgisində iştirakını qadağan edib

BAKI, 12 sentyabr. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail şirkətlərinə noyabrın sonunda Dubayda keçiriləcək "Dubai Airshow" beynəlxalq aerokosmik sərgisində iştirakı qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

İsrailin Qətərdə HƏMAS rəhbərliyinin rezidensiyasına zərbə endirməsindən qısa müddət sonra "Dubai Airshow"un təşkilatçıları İsrail müdafiə sənayesi şirkətlərinə onların tədbirdə iştirak edə bilməyəcəklərini bildiriblər.

Rəsmi səbəb kimi “peşəkar ixtisasın yetərsizliyi” göstərilsə də, mənbənin sözlərinə əsasən, əslində bu siyasi qərardır.

İsrail Müdafiə Nazirliyi belə bir bildiriş aldıqlarını təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.

Chosen
54
2
teleqraf.com

3Sources