EN

Putinin məqsədi ifşa edildi

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Polşa hava məkanının Rusiya dronları tərəfindən pozulması NATO ilə Rusiya arasında ilk real toqquşma riski kimi qiymətləndirilir. Bu, həm Vladimir Putinin riskə meylli siyasətini, həm də NATO-nun hərbi hazırlığını ortaya qoyur.

Milli.Az xəbər verir ki, bu barədə xarici medialar məlumat yayıb. 

Rusiya PUA-larının Ukraynaya hücum edəcəyi barədə xəbərdarlıqdan sonra Polşanın Hava Hücumundan Müdafiə sistemləri yüksək hazırlıq səviyyəsinə keçirilib. Hava məkanının pozulmasından sonra Niderland və İtaliyaya məxsus kəşfiyyat təyyarələri havaya qalxıb, iki "F-35", iki "F-16" və helikopterlər səfərbər olunub.

"Politico" isə Rusiya dronlarının Polşa səmasına daxil olmasını Avropa ilə hərbi gərginliyin artması kimi dəyərləndirib. Polşanın Baş naziri Donald Tusk bildirib ki, hava məkanında 19 pilotsuz aparat qeydə alınıb və bu, Rusiyanın aqressiv niyyətlərindən xəbər verir.

Xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə, NATO və Polşa Hərbi Hava Qüvvələri araşdırma apararaq müəyyən edib ki, PUA-lar texniki səbəbdən yox, məqsədli şəkildə hücum üçün göndərilib.

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
news.milli.az

10Sources