Corco Armaninin varisləri onun şirkətini ictimailəşdirə və ya sata bilərlər.
Bu barədə italiyalı modelyerin vəsiyyətində deyilir.
O, ölümündən sonra 18 ay ərzində “Giorgio Armani S.p.A.”nın 15%-nin, sonrakı 3-5 il ərzində isə daha 30%-dən 54,9%-ə qədərinin eyni alıcıya satılmasını əmr edib.
Modelyer lüks mallar seqmentində dünya liderləri - “L'Oreal”, LVMH və “EssilorLuxottica”nı özünün prioritet alıcıları hesab edib.
Dizayner şirkətin səsvermə hüququ olan səhmlərinin 40%-ni şəriki və ortağı Pantaleo Delorkoya, 30%-ni 2016-cı ildə qurulan “Fondazione Giorgio Armani”yə, 15%-ni isə biznesinin müxtəlif sahələrini idarə edən qardaşı oğlu və qardaşı qızına vəsiyyət edib. Qalan qohumlar səsvermə hüququ olmadan payları miras aldılar. \\Yeniavaz.com