Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin tutduğu vəzifədən azad edildiyi iddia olunur.
NOCOMMENT.az Bizim.Media-ya istinadən xəbər verir ki, Mansur Piriyev artıq şöbə müdiri deyil və o, hazırda qurumda sıravi mütəxəssis kimi fəaliyyətini davam etdirir.
Məsələ ilə bağlı Mansur Piriyev açıqlamasında yayılan məlumatı təkzib edib. Onun sözlərinə görə, hazırda əvvəlki vəzifəsində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, məsələ ilə bağlı AQTA-dan rəsmi açıqlama verilməyib.