EN

Saakaşvili: Biz mütləq qalib gələcəyik

ain.az, Ayna saytına istinadən bildirir.

“Bizə ümumi hücum səfərbərliyi lazımdır”

"Diktator İvanişvili məkrli şəkildə müxalifətin əsl liderlərini - Levan Xabeişvili və Murtaza Zodelavanı həbs edib. Bu, cinayətkar rejimin ifrat panikasının və acizliyinin ifadəsidir". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın həbsdə olan keçmiş Prezident Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ümumi səfərbərlik və hücum lazımdır: “Mən hətta onların saxlandığı biabırçı və pafoslu motivlərdən danışmıram. Bizə ümumi hücum səfərbərliyi lazımdır. Biz mütləq qalib gələcəyik. “Gürcüstana şöhrət!”, Saakaşvili yazıb.

Qeyd edək ki,  oktyabrın 4-də Gürcüstanda bələdiyyə nümayəndəli orqanına – sakrebuloya və özünüidarəetmə şəhər/bələdiyyə meri vəzifəsinə seçkilər keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
ayna.az

1Sources