EN

WSJ: Ukraynaya ötürülən sistemlər NATO-nun şərq cinahında HHM-ni zəiflətdi

NATO bir sıra hava hücumundan müdafiə (HHM) sistemlərini Ukraynaya verdiyi üçün şərq cinahındakı müdafiə imkanlarını zəiflədib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) yazır.

Məqalədə bildirilir: “Alyansın ən ciddi zəifliklərindən biri onun şərq cinahında HHM sistemlərinin çatışmazlığıdır… Bu sistemlərin bir hissəsi Ukraynaya verilib ki, bu da NATO-nun potensialının azalmasına səbəb olub”.

Böyük Britaniya rəsmilərinin məlumatına görə, Avropa ölkələri Polşanın hava hücumundan müdafiəsini gücləndirmək imkanını nəzərdən keçirməyi planlaşdırır. Lakin hansı dövlətlərin texnika təqdim edəcəyi və bu texnikanın hansı formada olacağı hələlik məlum deyil.

Chosen
18
nocomment.az

1Sources