525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nin sentyabrın 12-də pitçinq mərhələsinin ikinci sessiyası keçirilib.
525.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, tədbir çərçivəsində "İlbiz", "Yun çubuğu", "İşıq", "Rüzgarın melodiyası", "Zamanın səssizliyi", "Həyatdan kənar", "Ağacdələn", "Divarın o üzü" adlı ümumilikdə 8 qısametrajlı bədii film layihəsi Ekspert şurası və Seçim komissiyasına təqdim edilib.
"Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.