EN

Moskvadan Bakı və İrəvana təklif

Moskvadan

Azərbaycan və Ermənistan qalan fikir ayrılıqlarını aradan götürməli, sülh müqaviləsi imzalamalı, sərhədlərin delimitasiyası və demarkasiyasını başa çatdırmalı, nəqliyyat kommunikasiyalarını blokdan çıxarmalıdırlar. Onlar bunu hər iki ölkənin, eləcə də regiondakı böyük qonşuların – Rusiya, İran və Türkiyənin maraqlarına uyğun şəkildə həyata keçirməlidirlər.Ulusum.az AzVision.az-a istinadla bildirir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşma prosesinin asanlaşdırılması ilə bağlı sualı cavablandırarkən belə deyib.Onun sözlərinə görə, 3+3 regional əməkdaşlıq platformasında Ermənistan-Rusiya münasibətlərin normallaşması və Cənubi Qafqaza aid olan digər məsələlərin müzakirəsi aparıla bilər.“Rusiya Bakı və İrəvanın bu platformaya daxil olan ölkələrin xarici işlər nazirlikləri rəhbərlərinin növbəti görüşünün yeri və vaxtı barədə razılığa gəlmək üçün hərəkətə keçməsini gözləyir. Bu müstəvidə Moskva bütün məsələlər üzrə tərəfdaşlara yardım göstərməyə hazırdır”, - rusiyalı diplomat bildirib.Zaxarova həmçinin qeyd edib ki, Rusiyanın prioriteti Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, Bakı ilə İrəvan arasında davamlı barışıqdır. Onun fikrincə, Moskvanın dövlətlərarası münasibətlərin normallaşması prosesinə verdiyi töhfəni qiymətləndirmək çətindir.Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsinin Rusiyanın və şəxsən prezident Vladimir Putinin fəal dəstəyi sayəsində başladığına diqqət çəkib.- Bizim iştirakımızla 2020-2022-ci illərdə qan tökülməsini dayandıran və sülh prosesinin əsas istiqamətlərini müəyyən edən ən yüksək səviyyədə ikitərəfli razılaşmalar əldə olundu. Bir sıra tədbirlər razılaşdırıldı: sülh müqaviləsinin işlənib-hazırlanması, nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti vasitəsilə dialoqun inkişafı”, - rusiyalı diplomat vurğulayıb.Rusiya XİN-in rəsmi nümayəndəsinin iddiasına görə, bu məqamlar indi də aktualdır və hazırda Azərbaycan və Ermənistan tərəfindən istifadə edilir.Maraqlıdır ki, Mariya Zaxarova məhz Rusiyanın toxunulan məsələrlə bağlı üçtərəfli bəyannamələrdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsinə heç də həvəs göstərməməsi bir sıra anlaşılmazlıqlara səbəb olub.Bu baxımdan, Azərbaycan ərazisindəki erməni silahlı qüvvələrinin çıxarılması və Zəngəzur Dəhlizinin açılması ilə bağlı Moskvanın astagəlliyi və hətta bu prosesləri açıq-aşkar süründürməsi bir çox pərdəarxası müəmmalardan xəbər verir.

Diqqət Çəkənlər

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı

Çarli Kirkin qətli: ehtimal olunan şübhəlinin izi videoda

Chosen
5
2
ulusum.az

3Sources