Xırdalan-Sumqayıt qatarının fəaliyyəti dayandırılır.
Bu barədə "Xəzər Xəbər"ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Xezerxeber.az-ın məlumatına görə,
bildirilib ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar sentyabrın 15-dən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.
Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti isə müvəqqəti olaraq dayandırılır.
Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılıb.
Bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.