EN

Azərbaycanlı güləşçiyə yüksək vəzifə verildi

Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib.

Bu barədə Hakimiyyet.az -a AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Qurum ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü bildirib.

Rafiq Hüseynov bundan sonra AGF-də yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək.

Chosen
12
17
hakimiyyet.az

10Sources