EN

Azyaşlı övladını öldürməkdə təqsirləndirilən ana saxlanıldıVİDEO

Neftçala sakini Səttar Allahverdiyev həyat yoldaşı Şəbnəm Dövlətovanın azyaşlı övladını yerə çırparaq öldürdüyünü iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə əkizlərdən birinin ananın qucağından düşərək öldüyü bildirilsə də, ata əksini iddia edir.

Rayonun Qaralı kənd sakini, əkiz övlad anası olan Şəbnəm Dövlətova uşaqlardan birini yerə çırparaq öldürməkdə ittiham edilir. Ailə üzvlərinin bildirdiyinə görə, hadisə baş verən zaman o, evdə tək olub. İddialara görə, həmin gün Şəbnəmlə həyat yoldaşı Səttar Allahverdiyev arasında mübahisə yaranıb. Sonra Səttar Allahverdiyev işə gedib. İşdə olduğu zaman həyat yoldaşı Şəbnəm ona zəng edərək uşaqlardan birinin halının pisləşdiyini deyib və tez evə gəlməsini istəyib.

Qeyd edək ki, Şəbnəm Dövlətova uşaq evlərindən birində böyüyüb. Yaxınlarının bildirdiklərinə görə, Şəbnəmlə Səttar üç il əvvəl ailə həyatı qurub və ötən il onların əkiz övladları olub. Hadisəni törətməkdə şübhəli bilinən Şəbnəm Dövlətova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
27
xezerxeber.az

1Sources