EN

BMT Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli haqqında bəyannaməni təsdiqləyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası cümə günü Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bəyannamənin lehinə 142 ölkə, əleyhinə 10 ölkə səs verib, 12 ölkə bitərəf qalıb.
Sənəddə həmçinin İsrailin Qəzza zolağındakı hərəkətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənir.
Qeyd olunur ki, yeddi səhifəlik bəyannamə Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə ötən iyulda BMT-də keçirilən beynəlxalq konfransın nəticəsidir.
Chosen
13
36
oxu.az

10Sources