EN

NATO “Şərq keşikçisi” əməliyyatına START VERDİ

Ajans.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Avropadakı Birləşdirilmiş Silahlı Qüvvələrin komandanı general Aleksus Qrinkeviç ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Əməliyyata Danimarka, Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrin silahlı qüvvələri qoşulacaq. Alyansın diqqəti əsasən pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə yönəldiləcək. Bununla yanaşı, tədbirlər təkcə hava məkanında deyil, quruda da həyata keçiriləcək. General Qrinkeviç bildirib ki, “Şərq keşikçisi” əməliyyatı NATO-nun bütün şərq cinahını – şimaldan Qara və Aralıq dənizinə qədər əhatə edəcək:

“Əməliyyat daim dəyişən mövqelərlə aparılacaq ki, həm düşməni qəfil yaxalayaq, həm də yaranan real təhlükələrə vaxtında cavab verək”, – deyə o vurğulayıb.

Chosen
20
49
Ajans.az

10Sources