EN

Adil Şükürov: “Komandanı toparlamaq istəyirik”

Misli Premyer Liqasının IV turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Əvvəlki oyunlara baxanda daha aqressiv idik. Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil. Amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli “Kəpəz” gördük".

- Rəhbərlik sizin qarşınıza növbəti 3 turda itirilən xalların bərpa olunması hədəfi qoymuşdu. Sizcə, 3 tur gözləyəcəklər?

- Söhbət 3 turdan yox, komandanın durumun yaxşılaşdırılması, xallar qazanmaqdan gedir.

- Hər mövsüm “Kəpəz” 7-8 tur uduzduqdan sonra baş məşqçi dəyişir və komanda yaxşı  nəticələr göstərməyə başlayır. Bunun səbəbi nədir?

- Biz “Kəpəz”də oynayanda da belə hallar olub. Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa  çalışacağıq.

MPL: V turun oyun cədvəli bəlli olub

"Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub

Millimizin Moldova toplanışı üçün yekun heyəti açıqlanıb

Rahid Əmirquliyev - “Yanvarda heyəti genişləndirməyi planlaşdırırıq”

Sadiq Şəfiyev yenidən "Kəpəz"də

Chosen
18
1
apasport.az

5Sources