EN

“Sanksiyalar əvəzinə Alyaska aldıq”

...ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməli idi, amma əvəzində o, Rusiya diktatoru Vladimir Putin üçün Alyaskada sammit təşkil etdi.

SİA-nın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Fox News telekanalının efirində bildirib.

...Biz Vladimir Putinin hesablamalarını dəyişməliyik. Biz onu inandırmalıyıq ki, o, Ukraynanı məqbul qiymətə fəth edə bilməyəcək. Və bunun üçün Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməliyik.

Bunu Polşanın xarici işlər naziri vurğulayıb.

Sikorski əlavə edib ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirmək üçün lazım olan resurslardan məhrum edilməlidir.

O, Trampın Rusiya ilə bağlı son qərarlarını tənqid edib.

...Biz sanksiya almalıydıq, əvəzində Alyaska aldıq. Və o vaxtdan, sizin dediyiniz kimi, hücumlar güclənib, - Polşanın xarici işlər naziri bildirib.

Bundan əvvəl Polşalınazir Kiyevə səfəri zamanı ABŞ prezidenti Donald Trampın Rusiya pilotsuz təyyarələrinin Polşa ərazisinə daxil olmasının “səhv” ola biləcəyini etiraf etdiyi bəyanatına cavab verib.

O, bunun təsadüfi olmadığını vurğulayıb.

Əli Babayev

Chosen
10
1
sia.az

2Sources