EN

Polisdən qaçan sürücü sevgilisinə qarğış etdi - FOTO

İstanbulun Avcılar rayonunda yol polisi tərəfindən verilən “dayan” əmrinə tabe olmayan sürücü qaçmağa çalışıb. Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, qısa müddətli təqibdən sonra avtomobil dayandırılıb və sürücü saxlanılıb. Aparılan yoxlamalar zamanı sürücünün yeni sürücülük vəsiqəsi alan biri olduğu məlum olub. Onun spirtli içki qəbul edərək avtomobil idarə etdiyi aşkarlandığından sürücülük vəsiqəsi əlindən alınıb. Bundan başqa, qayda pozuntusuna görə sürücüyə 11 min 434 türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunub. Maraqlıdır ki, saxlanılan şəxs hadisədən sonra başına gələnləri sevgilisinin ona qarğış etməsi ilə əlaqələndirib.

Chosen
11
2
avtosfer.az

3Sources