EN

Zelenski Çini Kiyevə nümayəndələr göndərmədiyi üçün tənqid edib

Ukrayna lideri Vladimir Zelenski Çini Kiyevə nümayəndələr göndərmədiyi üçün tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politika Stranı” Telegram-kanalı məlumat yayıb.

Zelenski bildirib: “Görünür, Çin müharibəni tam dayandırmaqda deyil, ən azından zərbələri dayandırmaqda maraqlı deyil”. Prezident əlavə edib ki, Çin nümayəndələrinin Kiyevdə olduğu zaman Rusiya qüvvələrinin paytaxta zərbə endirməyəcəyi ehtimalı yüksək olardı.

 

Chosen
15
nocomment.az

1Sources