AĞDAM, 12 sentyabr. TELEQRAF
Ağdamda fərdi təsərrüfatda yanğın hadisəsi olub.
Teleqraf-ın Qarabağ bürosu xəbəri verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində baş verib.
Şükürov Bəhrəm Musa oğluna məxsus
fermada baş verən güclü yanğın zamanı tikiliyə yığılmış ot bağları yanıb. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbi və dəymiş zərər araşdırılır.