EN

İşığa görə bildiriş 6 aydan sonra gəlib - "Limiti keçmiş kimi hesablanıb, ikiqat borc yazılıb"VİDEO

Bakı sakini elektrik enerjisindən istifadəyə görə ona əlavə borc yazıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi Vüqar Həsənov deyir ki, evinə 6 ay elektrik borcu ilə bağlı bildiriş gəlməyib. 6 ay ərzində istifadə edilən elektrik enerjisinin borcu isə birdəfəyə, limiti keçmiş kimi hesablanıb. Buna görə də elektrik borcu artıq yazılıb.

Paytaxtın Xətai rayonu, Əliağa Şıxlınski ünvanında yaşayan Vüqar Həsənov deyir ki, fevral ayından bəri elektrik enerjisindən istifadəyə görə evinə bildiriş gəlməyib.

Abonent deyir ki, məsələ ilə bağlı "Azərışıq" ASC-yə dəfələrlə müraciət edib. Ona "şikayətinizə baxılacaq" deyilib, lakin nəticəsi olmayıb.  

Binadakı sayğaclar da zirzəmidə, dəmir barmaqlıqlar arasında olduğu üçün vətəndaş sayğacına özü baxa bilmir.  

Məsələ ilə bağlı "Azərışıq" ASC-yə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, abonentin sayğacında problem olub və dəyişdirilib. Köhnə sayğacın laborator nəticəsi açıqlanandan sonra vətəndaşa yekun qəbz gələcək. Burada isə heç bir insan müdaxiləsi olmadığı üçün borc elektrik sərfiyyatına uyğun olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
13
xezerxeber.az

1Sources