EN

"Qarabağ" azarkeşlərinə "Benfika" səfərində 500 yer ayrılıb

Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” matçını “Estadio do SL Benfika"da izləmək istəyənlər üçün 500 nəfərlik yer ayrılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinnin mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15.00-dan etibarən "iTicket.az"da onlayn şəkildə satışda olacaq. Bildirilib ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidi. Biletlərin qiyməti 88 manatdı.

Klub yaydığı məlumatda bildirib:
"Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənədin üzərlərində olması xahiş olunur".


Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-ı saat 23.00-da (Bakı vaxtı ilə) start götürəcək.
Chosen
7
4
football-plus.az

10Sources